Macarıstana yeni prezident seçildi

Macarıstan parlamenti ölkə prezidenti Katalin Novakın istefasını qəbul edib.

Globalinfo.az xəbər verir ki, son vaxtlara qədər Konstitusiya Məhkəməsinin sədri olmuş Tamaş Şuyok ölkənin yeni prezidenti seçilib.

Qeyd edək ki, Novak istefasını fevralın 10-da pedofiliya cinayətində əli olan şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda elan edib. O, bağışlanmaz səhv etdiyini etiraf edib və vəzifəsini tərk etmək qərarına gəlib.