Macarıstan Prezidenti Azərbaycana başsağlığı verib

Macarıstan Prezidenti Katalin Novak Azərbaycana başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, Macarıstan Prezidenti Katalin Novak Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı “Twitter” hesabında paylaşım edib.

“Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına edilən istənilən hücumu qətiyyətlə pisləyirəm. Azərbaycanın İrandakı səfirliyində baş vermiş dəhşətli hadisə zamanı həlak olan şəxsin ailəsinə və Azərbaycana dərin hüznlə başsağlığı verirəm”, – Macarıstan Prezidenti bildirib.