Macarıstan da Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyəcək

Macarıstanın hakim “Fides” partiyası fraksiyası Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulması haqqında protokolların ratifikasiyası məsələsinə ayrı-ayrılıqda baxmağı qərara alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə fraksiyanın rəhbəri Mate Koçiş bildirib.

“Biz Finlandiyanın NATO-ya daxil olmasını dəstəkləmək qərarına gəldik. Yekdilliklə lehinə səs verəcəyimiz bu məsələ ilə bağlı parlamentdəki müzakirəni martın 27-nə qədər təxirə salacağıq”, – deputat feysbukda yazıb.

O əlavə edib ki, İsveçin NATO-ya daxil olması ilə bağlı qərarı parlament daha sonra verəcək.

Xatırladaq ki, az öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Finlandiyanın NATO-ya qəbulu ilə bağlı ərizəsinin təsdiqi üçün lazımi proseduru başlatdığını bəyan edib.

Mənbə: pravda.com.ua