Lukaşenko minlərlə insanı sevindirən sənədi imzaladı

Belarus Prezidenti Aleksandr Lukaşenko “Xalq Birliyi Günü ilə bağlı amnistiya haqqında” Qanunu imzalayıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sənədə əsasən 4,5 min insan cinayət cəzasından azad ediləcək.

Bundan əlavə, təxminən 4 min nəfərin cəza müddəti bir il azaldılacaq.

Amnistiya ekstremizm və terrorizmə görə həbs olunanlara şamil olunmur.