
Bu gün paytaxtın Qaradağ rayonunda avtomobil yanıb.
Globalinfo.az xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində minivan tipli avtomobil alovlanıb.
Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib və alovun genişlənməsinin qarşısı alınıb.
Hadisə nəticəsində avtomobil tamamilə yararsız hala düşüb.