Liviyanın şərqindəki Tobruk şəhəri sahillərində içərisində 74 nəfərin olduğu qayığın batması nəticəsində yalnız 13 nəfər sağ qalıb.

Globalinfo.az “Al Jazeera”ya istinadən xəbər verir ki, hadisə barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Liviyadakı ofisi məlumat yayıb.

Açıqlamaya görə, batan qayıqda olan sərnişinlərin əksəriyyəti sudanlı qaçqınlardır.

Sentyabrın 13-də baş verən faciə nəticəsində onlarla sərnişin hələ də itkin düşüb.

Paylaş: