Litvadan vətəndaşlarına qadağa: Bu 3 ölkəyə getməyin!

Litva öz hərbçilərinə şəxsi məqsədlər üçün Rusiya, Belarus və Çinə getməyi qadağan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Litva hökuməti özünün milli təhlükəsizlik strategiyasında qeyd edib.

Məlumata görə, həmin ölkələr Litvaya və vətəndaşlarına təhlükə yaradır.

Yalnız yaxınların ölümü kimi bəzi hallarda səyahətə icazə veriləcəyi bildirilir.

Zaira Akifqızı
Globalinfo.az