Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində olublar.

Globalinfo.az xəbər verir ki, onlar bu təhsil ocağında yaradılmış şəraitlə yaxından tanış olub, şagirdlərin tədris prosesi və reabilitasiya imkanları ilə maraqlanıblar.

Diqqətə çatdırılıb ki, Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində 297 şagird təhsil alır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlardan 188-i məktəbdə, 109-u isə evdə təhsilə cəlb olunub.

Təhsil müəssisəsi informatika və texnologiya, loqopediya otaqları, ekoloji sinif, tibb kabineti, kitabxana, idman zalı və digər zəruri infrastrukturla təmin edilib.

Sonda Leyla Əliyeva və Alena Əliyeva uşaqlara hədiyyələr təqdim edib, onlarla xatirə şəkilləri çəkdiriblər.

jbh91IEjpmWnIW4IuOjkBaoG3qLGI9ippT4inwvk 1200 wFtzO6iNS9F8dRP6TMYB16Fn036NjaHuarNL0vuG 1200 FuskRUCFalRJObhXKmeRXBodN6rHZ2di1iO9ORg4 1200 Xk0hwYFRmprcJeoF0jXVQHDGJ62bK5Xnr8hKcXAb 825

Paylaş: