Leyla Əliyevadan təbrik paylaşımı: oğullarına təşəkkür etdi – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Instagram” hesabında oğulları Əli və Mikayıl Ağalarovu ad günü münasibətilə təbrik edib. 

Globalinfo.az xəbər verir ki, Leyla Əliyeva oğullarının fotosunu paylaşaraq təbrik mesajında yazıb:

“Əli və Mikanı təbrik edirəm! Sizə hər şeyə görə minnətdaram! Allah bütün övladlara can sağlığı və xoşbəxtlik versin”.