Lənkəran-Lerik yolunda avtomobil dərəyə aşdı: ölən və yaralananlar var – ADLAR/YENİLƏNİB

Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alan şəxsin kimliyi məlum olub.

Daxili İşləri Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, rayon sakini Xaqani Sucayev idarə etdiyi VAZ-21014 markalı avtomobillə rayonun Təngivan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarəndakı çay yatağına aşıb.

Hadisə nəticəsində həmin nəqliyyat vasitəsində olan Lənkəran rayon sakini Ümid Əliyev ölüb, Loğman Qurbanov isə bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Lənkəranda avtomobil dərəyə aşıb, ölən və yaralanan var.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Təngivan kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, avtomobil Lənkəran-Lerik yolunda hərəkətdə olarkən idarəetmədən çıxaraq aşağı yuvarlanıb.

Avtomobil dərədə olduğu üçün digər zərərçəkənin olub-olmadığı ilə bağlı dəqiqləşdirmələr aparılır.

Faktla bağlı araşdırma aparılır.