Elməddin nə qədər borcu olduğunu açıqladı – Məbləğ

Aktyor Elməddin Cəfərov bir müddət əvvəl 68 min manat borcu olduğunu açıqlanıb.

Globalinfo.az axşam.az-a istinadən bildirir ki, sənətçi “Xəzər axşamı” verilişində itirdiyi pullardan danışıb:

“Layihəyə böyük pullar qoydum, amma tutmadı. İstədiyim geridönüşü almadım. Bəzən layihə olur ki, pul gəlir. Məsələn, “Qız atası” Azərbaycanda ən çox sponsor olan serial idi. Hətta şirkət var idi ki, Azərbaycanda yeganə sponsor olduğu layihə bizim serial olmuşdu. Bəzən də layihə edirik, alınmır. Həm də pandemiya ərəfəsinə düşdük, ona görə də borca düşdüm”.