JX6OQ7JTHNIZVM2JUIYTXJVVD4

Rusiya NATO ölkələrinə hücum planlaşdırmır, lakin hər hansı bir aqressiya qarşısında da qətiyyətli cavab veriləcək”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 80-ci sessiyasının iclasında çıxışı zamanı deyib.

Lavrov əlavə edib ki, Rusiya Ukrayna münaqişəsinin əsas səbəblərinin aradan qaldırılması ilə bağlı danışıqlara açıqdır, lakin Rusiyanın təhlükəsizliyi və maraqları nəzərə alınmalı, zəmanət verilməlidir.

“Ukrayna məsələsində müəyyən ümidlər ABŞ ilə dialoqun davam etdirilməsindədir”, – Lavrov bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: