Laçında seçici fəallığı müşahidə olunur – FOTOLAR

Azərbaycanda növbədənkənar prezident seçkilərində 30 ildən sonra Laçın şəhərində səsvermə davam edir.

Globalinfo.az xəbər verir ki, 121 saylı Laçın seçki dairəsinin daha bir məntəqəsində – 105 saylı seçki məntəqəsində vətəndaşlar səsvermə hüququndan istifadə edirlər.

Məntəqədə günün ikinci yarısında da seçici aktivliyi müşahidə olunur. Burada, əsasən, Laçına – dədə-baba yurduna qayıtmış sakinlər səs verirlər. Məntəqə üzrə ümumilikdə 1493 seçici qeydiyyata alınıb.

Laçında günün ikinci yarısında da seçici aktivliyi müşahidə olunur - FOTO - VİDEO

Laçında günün ikinci yarısında da seçici aktivliyi müşahidə olunur - FOTO - VİDEO

Laçında günün ikinci yarısında da seçici aktivliyi müşahidə olunur - FOTO - VİDEO

***16:30

Azərbaycanda növbədənkənar prezident seçkilərində 30 ildən sonra ilk dəfə Laçın şəhərində səsvermə keçirilir.

Globalinfo.az-ın xəbərinə görə, APA-nın yerli bürosu xəbər verir ki, 121 saylı Laçın seçki dairəsinin 106 saylı seçki məntəqəsində səsvermə davam edir.

Digər məntəqələrdə olduğu kimi, bu məntəqədə də seçici aktivliyi müşahidə olunur.

Bu məntəqədə 30 ildən sonra doğma yurd-yuvasına qayıtmış laçınlılar, eləcə də burada tikinti-quruculuq işləri ilə məşğul olan səs verir.

Məntəqə üzrə ümumilikdə 1473 seçici qeydiyyata alınıb.

Laçında 30 ildən sonra ilk dəfə səsvermə keçirilir, seçici fəallığı müşahidə olunur - FOTO - VİDEO Laçında 30 ildən sonra ilk dəfə səsvermə keçirilir, seçici fəallığı müşahidə olunur - FOTO - VİDEO Laçında 30 ildən sonra ilk dəfə səsvermə keçirilir, seçici fəallığı müşahidə olunur - FOTO - VİDEO

***08:55

İşğaldan azad olunan Laçın rayonunda növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə başlayıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, 121 saylı Laçın seçki dairəsinin Laçında 5 məntəqəsi yaradılıb.

Məntəqələrin 3-ü Laçın şəhərində, digərləri isə Zabux və Qorçu kəndlərində yerləşir.

Laçında ümumilikdə 6020 seçici qeydiyyata alınıb. Qeydiyyatdan keçən müşahidəçilərin sayı isə 65 nəfərdir.

Laçındakı məntəqələr bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.

Yerli müşahidəçilər səsvermə prosesini izləyirlər.

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.