herb 1

Xəbər verdiyimiz kimi, Laçın rayonunda Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitləri aşkar edilib.

Onların kükürd qazlı termal sularda çimərkən zəhərləndikləri bildirilir.

Globalinfo.az modern.az-a istinadən bildirir ki, həlak olan hərbçilərdən Emin Şahmarlı Füzuli rayonunun Əhmədbəyli kəndindəndir.

Kapitan Asif Emnalıyev isə Şamaxanın Ovçulu kəndindəndir. O, 1996-cı ildə anadan olub.

Fərid Cəbrayılovun Kürdəmir rayonundan oluğu bildirilir.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.

“Baku.ws”ə istinadən Asif Emnalıyevın fotosunu təqdim edirik:

1368279 1722424597 5283177754449273775

Gizir Cəbrayılov Fərid Famil oğlu

Paylaş: