Laçında həlak olan gizirin dəfn yeri bilindi

Laçında avtomobil qəzasında həlak olan hərbçilərdən biri, gizir Həsən Ümid oğlu İsmayılov Gəncə şəhərində dəfn ediləcək.

Globalinfo.az bildirir ki, “Report”un məlumatına görə, 28 yaşlı Həsən İsmayılov bir qız, bir oğul atası olub.

Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.