Laçında ekskavator minaya düşdü – FOTO

Laçında ekskavator tank əleyhinə minaya düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslının Globalinfo.az-a verdiyi məlumata görə, bu gün saat 16 radələrində Laçın rayonunun Qazıdərə kəndinin ərazisində Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətlərdən birinə məxsus ekskavator tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, texnikaya maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.