Laçın-Xankəndi yolunda etirazların 31-ci günü… – VİDEO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Globalinfo.az bildirir ki, günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.

Havanın qarlı, şaxtalı olmaına baxmayaraq, iştirakçılar 31 gündür etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.