Screenshot 20231006 231342 Telegram

Laçın rayonunun Zabux kəndindən yeni görüntülər yayılıb.

Globalinfo.az videoda əks olunan evlərin bir çoxunda yaşayışın olduğu qeyd edilib.

Qeyd edək ki, ötən ilin avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

Cari ilin 27 may tarixində isə ölkə Prezidenti Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub.

Ümumi sahəsi 81 hektar olan Zabux kəndində 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilib.

Zabux kəndindən yeni görüntüləri təqdim edir:

 

Paylaş: