“Bu, ABŞ-ın Ağdam-Xankəndi marşrutunu dəstəkləməsi deməkdir”

“Blinkenin Əliyevlə telefon danışığında “Laçın yolundan tranzitin açılmasına ehtiyac olduğunu və humanitar yüklərin Qarabağdakı əhaliyə çatdırmaq üçün alternativ marşrutlar üzrə razılaşmaların zəruriliyini” vurğulayıb”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, Bakı erməni əhalisinin keçidi və BQXK-nın xəstələrin daşınması üçün Laçın postunu açıq saxlayır, beləliklə, Vaşinqtonun istədiyi tranziti təmin edir:

“Yüklərin daşınması üçün alternativ marşrut olaraq Ağdam yolunu təklif edir. Blinkenin açıqlamasını ABŞ-ın Ağdam-Xankəndi marşrutunu dəstəkləməsi kimi qəbul edə bilərik. Avropa İttifaqından sonra (Mişelin mövqeyi fonunda Borrelin açıqlaması əsas deyil və daha çox balans yaratmaq məqsədi daşıyır) ABŞ-ın da mövqeyi rəsmi Bakının əlinin güclənməsi baxımından əhəmiyyətlidir. Bu həm də ümumilikdə Qərb cəbhəsinin mövqeyinə təsir edə biləcək amildir”.

İntiqam Əhmədov
Globalinfo.az