
Kriminal aləmin ən nüfuzlu şəxsi “qanuni oğru” Zaxari Kalaşov (Şakro Molodoy) həbsdən azad edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediasına hüquq-mühafizə orqanları məlumat verib.
Bildirilib ki, o, səhhətində yaranmış problem səbəbindən şərti azadlığa buraxılıb.
Qeyd edək ki, Zaxari Kalaşov Moskva İstintaq Komitəsinin keçmiş rəhbərlərindən hədə-qorxu ilə pul tələb etməkdə və rüşvət almaqda təqsirli bilinərək 2018-ci ildə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi.