Azərbaycan-Ermənistan sərhədindən həyəcanlı xəbərlər gəlir – Kreml

“İki ölkə arasında təmas xəttindən həyəcanlı xəbərlər gəlir. Rusiya Bakı və İrəvanı təmkinli olmağa çağırır”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Rusiya rəsmisi fevralın 13-də Azərbaycan və Ermənistan arasında şərti sərhəddə baş verən qarşıdurmaya münasibət bildirib:

“Bu kimi hadisələr sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyişin əldə olunmasına kömək etmir. Lakin ümid  edirik ki, sülh üzrə proses davam edəcək. Hər iki tərəfi təmkinli olmağa, təxribat hesab ediləcək hərəkətlərdən çəkinməyə çağırırıq. Vəziyyəti müşahidə edəcəyik”.

Əliyar Xəlil
Globalinfo.az