kozinoglu

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə Silivri həbsxanasında baş verən şübhəli ölümündən 15 il sonra məzarı açılıb. Aparılan araşdırmalar zamanı cəsədindən zəhərli maddə izləri aşkarlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media aidiyyəti qurumlara istinadən məlumat yayıb.

Bildirilib ki, qalıqlarında antimon adlı zəhərli maddənin izlərinin müəyyən edilməsi Kozinoğlunun infarkt nəticəsində vəfat etməsi ilə bağlı versiyanı ciddi şübhə altına alıb.

Kimyəvi xüsusiyyətlərinə görə arsenlə oxşarlıq təşkil edən antimon hüceyrələrə ciddi zərər vuraraq infarkt, qaraciyər və böyrək çatışmazlığına səbəb ola bilər.

Qeyd edək ki, Kozinoğlunun ölümü ilə bağlı yenidən gündəmə gələn şübhələr əsasında aparılan istintaq çərçivəsində indiyədək 30-dan çox şəxs dindirilib, onlardan doqquzu saxlanılıb.

Paylaş: