Kolumbiyada zəlzələ baş verdi

Kolumbiyanın şimalında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Globalinf0.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 33,5 min nəfər əhalisi olan San Gil şəhərindən (Santanderin mərkəzi departamenti) 25 kilometr şimal-şərqdə yerləşib. Mənbə 161,4 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.