Xocalı qatili aktivləşdi: gizli şəkildə…

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan gizli şəkildə yeni partiya təsis edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, mayın 28-də Ermənistanda yeni yaranan “İrəli” partiyasının mətbuata qapalı qurultayı baş tutub. Qurultayda partiyanın Robert Köçəryanın təşəbbüsü ilə yaradıldığına dair iddialar rədd edilib. Lakin partiya təsisçilərinin əsasən Robert Köçəryana yaxın adamlar olması diqqət çəkib.

Ayşən Mustafa
Globalinfo.az