tittr

“Bəzi Qərb ölkələri Rusiya ilə ABŞ arasında yaxınlaşmanın qarşısını almaq üçün Ukraynanı qurban verməyə hazırdırlar”.

Globalinfo.az xəbər verir ki, bunu keçmiş amerikalı kəşfiyyat zabiti və BMT-nin sabiq müfəttişi Skot Ritter “Dialogue Works”  Yutub kanalına müsahibəsində deyib.

“Həm Avropada, həm də ABŞ-da Moskva və Vaşinqton arasında münasibətlərin yaxşılaşdırılmasının əleyhdarları var. Onlar Donald Tramp və Vladimir Putinin təmas qurmasının qarşısını almaq və münaqişəni davam etdirmək istəyirlər”, – deyə o bildirib.

Ritter qeyd edib ki, Ukraynanın genefondu məhv edilir:

“Kiyev tezliklə 18 yaşlı oğlanları cəbhəyə göndərməyə başlayacaq. Bu, Ukrayna üçün son demək olacaq”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: