Kiyev xəbərdarlıq etdi: “Bu, bəyanatlara ziddir”

Kiyev Budapeştə Ukraynanın Krımsız xəritəsi ilə bağlı videoya görə rəsmi etiraz bəyanatı ünvanlayıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN açıqlama yayıb.

“Macarıstan təxribatlara son qoymalı və BMT, AB və NATO-ya üzvlük çərçivəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməlidir. Krımın Ukrayna ərazisinin tərkibində olmaması Budapeştin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək barədə bəyanatlarına ziddir”, – açıqlamada bildirilib.

Qeyd edək ki, Macarıstan Krımın Ukrayna ərazisindən kənarda təsvir edərək, Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çağıran bir video yayımlayıb.