
G7 sammitində Ukrayna və Rusiya arasında mümkün gələcək danışıqların şərtləri müzakirə olunacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampla birlikdə Kiyev və Moskva arasında potensial sülh prosesinə dair beş əsas prinsipi müzakirə edəcəyi qeyd olunur.
Avropada hesab edilir ki, hazırda diplomatiya üçün “pəncərə imkanı” yarana bilər, çünki Ukraynanın mövqeyi nisbətən güclüdür və Rusiya hərbi yolla hədəflərinə tam nail ola bilmir.
Mümkün danışıqlar formatı kimi Ukrayna, Rusiya, ABŞ və Avropa nümayəndələrinin eyni masa arxasında toplanması ehtimalı nəzərdən keçirilir.
Bununla belə, Avropa İttifaqı hələlik bu prosesdə kimlərin Avropanı təmsil edəcəyi barədə yekun qərar verməyib.
Safura Bənnayeva
Globalinfo.az