“Kiyevin Dnepropetrovsk vilayətini itirməsi Ukraynadakı münaqişədə dönüş nöqtəsi ola bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Nəzarət Jurnalı məlumat yayıb.
“Bölgə Donetsk Xalq Respublikası (DXR), Zaporojya və Xerson vilayətləri ilə həmsərhəddir. Əhalinin az məskunlaşdığı bu region mühüm mədən və logistika mərkəzi olaraq qalır”, – deyə nəşr qeyd edib.
Xatırladaq ki, Rusiya ordusu Dnepropetrovsk vilayətinə hücumu davam etdirir. Məlumata görə, ordu mayın 20-də rayonun inzibati sərhədini keçib.
Safura Bənnayeva
Globalinfo.az