Şimali Koreya lideri Kim Çen İnın 13 yaşlı qızı Cu E Şimali Koreyanın Raket Administrasiyasında rəhbər vəzifəyə təyin edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “UNN” məlumat yayıb.
Bildirilir ki, Cu E artıq generallardan təlimat alır və bəzi hallarda əmrlər verir.
Bu vəzifəyə təyinat onu Koreya Xalq Ordusunun komandanlığını gələcəkdə öz üzərinə götürməyə hazırlamaq məqsədi daşıyır.
Uzun müddətdir Cu E Kim Çen İnı müxtəlif ictimai tədbirlərdə, o cümlədən raket sınaqları keçirilən obyektlərdə müşayiət edir.
Mütəxəssislər hesab edirlər ki, bu addım hakim ailədə kişi varislərə üstünlük verilməsi ənənəsindən mühüm uzaqlaşma kimi qiymətləndirilə bilər.
Safura Bənnayeva
Globalinfo.az