Kim Çen İn Rusiyaya gedəcək

Şimali Koreya lideri Kim Çen In sentyabrda Rusiyaya səfər etməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Şimali Koreya lideri ayın ortalarında Vladivostokda Rusiya Prezidenti Vladimir Putinlə görüşə bilər.

Kreml bu barədə hələlik məlumat yaymayıb.