Ağdam-Füzuli avtomobil yolunun inşasının bu il tamamlanacağı gözlənilir.
Globalinfo.az xəbər verir ki, bunu “Report”a açıqlamasında işğaldan azad olunmuş ərazilərdə inşaat işləri həyata keçirən Türkiyənin “Proyapı” şirkətinin İdarə Heyətinin sədr müavini Akif Aygen bildirib.
Uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir.
Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi və Füzuli rayonlarının ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdam və Füzuliyə qədər, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək.
***
Uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu və onun üzərindəki tunellərin inşası 2025-ci ilin sonunda və yaxud 2026-cı ilin əvvəlində tamamlanacaq.
Globalinfo.az xəbər verir ki, bunu Report-a açıqlamasında işğaldan azad olunmuş ərazilərdə inşaat işləri həyata keçirən Türkiyənin “Proyapı” şirkətinin İdarə Heyətinin sədr müavini Akif Aygen bildirib.
Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla, birinci və ikinci texniki dərəcələrə uyğun olaraq inşa edilir.
Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 8 910,5 metr olan 66 dairəvi və 139 düzbucaqlı borunun, zəruri yerlərdə ümumi uzunluğu 4 179 metr olan 23 avtomobil körpüsünün və 1 076 metr uzunluğa malik 3 qovşağın, həmçinin 4 248 metr istinad və 30 521,2 metr daş divarın inşası işləri aparılır.
Kəlbəcər-Laçın avtomobil yolu başlanğıcını