Xankəndinin keçmiş “mer”i həbs edildi

Separatçıların nümayəndəsi, Xankəndinin “eks-meri” David Sarkisyan 20 sutka həbs edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə vəkil Ruben Melikyan məlumat yayıb.

Daha əvvəl təhlükəsizlik qüvvələri D.Sarkisyanın evində axtarış aparıblar. O və daha 3 nəfər saxlanılaraq dələduzluqda və 4 avtomobildən oğurluqda ittiham olunub. İstintaq davam edir.