Rəsmi Bakı istəyir ki, Araik Arutyunyan… – Etiraf

Azərbaycan Prezidenti İlham Əliyev de-fakto Qarabağın bütün daxili məsələlərini həll edir.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Kazaryan deyib.

O, Ruben Vardanyanın Azərbaycan rəsmilərinin, o cümlədən Prezident İlham Əliyevin tələbi əsasında “vəzifəsindən” azad edildiyini bildirib:

“Vardanyanın Əliyevin tələbi ilə “istefaya” göndərilməsinə şübhə yoxdur. Araik Arutyunyan heç onun “vəzifədən” azad edilməsi səbəbini belə açıqlaya bilmədi. Əgər Əliyevin daxili kadr məsələlərinə təsiri bu qədərdirsə, daha vacib məsələlərə təsirinin nə qədər olduğunu, sadəcə, təxmin etmək qalır”.

Kazaryan Bakının təkcə Vardanyanın yox, Arutyunyanın da “istefasını” tələb etdiyini deyib.

İlkin Həsənov
Globalinfo.az