“Kanal13”-ün aparıcısı həbs edildi – YENİLƏNİB

“Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı həbs edilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə R.Muradlı 30 sutka inzibati qaydada həbs edilib.

***16:28

“Kanal13″ün aparıcısı Rüfət Muradlı saxlanılıb. 

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, bu barədə onun dostu Bəhruz Bayramov məlumat verib.

Onun hazırda Xətai Rayon Məhkəməsinə aparıldığı deyilir.

Qeyd edək ki, bundan əvvəl “Kanal13″ün rəhbəri Əziz Orucov da saxlanılmışdı. Noyabrın 28-də Bakının Səbail Rayon Məhkəməsi hakim Ülviyyə Şükürovanın sədrliyi ilə “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov barəsində 3 ay həbs qətimkan tədbiri seçib.

Rüfət Muradlı həm də ADR Partiyasında sədr müavinidir. ADR sədri Qubad İbadoğlu bu ilin iyul ayında həbs edilib.