Kamran Əliyev Lənkərana və Zaqatalaya hərbi prokurorlar təyin etdi – YENİLƏNİB

Hərbi Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Emin Quliyev tutduğu vəzifədən azad olunaraq Zaqatala hərbi prokuroru təyin edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin əmr imzalayıb.

*** 17:50

Zaqatala hərbi prokuroru Əli-məmmədov Elşən Əli oğlu tutduğu vəzifədən azad olunub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin əmr imzalayıb.

Əmrə əsasən, E.Əli-məmmədov Lənkəran hərbi prokuroru təyin edilib.