İzmirdə mağazada partlayış: 5 ölü, 63 yaralı – FOTO / VİDEO

İzmirdə baş verən partlayışda 5 nəfər ölüb, 63 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı xəbər yayıb.

Məlumata görə, partlayış nəticəsində ərazidə 10 binaya ziyan dəyib. Daxili işlər naziri Əli Yerlikaya partlayışla bağlı araşdırmalara başlanıldığını bildirib.

 

**

 

 

***

Türkiyənin İzmir şəhərində Torbalı mahalının Ayrancılar səmtindəki binada qaz partlayışı ilə bağlı yeni məlumatlar var.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Türkiyə daxili işlər naziri Əli Yerlikaya partlayış nəticəsində 35 nəfərin yaralandığını açıqlayıb.

İzmir valisi Süleyman Elban partlayışın sənaye silindrinin partlaması nəticəsində baş verdiyini bildirib. O, borunun partladığı binaya ciddi ziyan dəydiyi barədə məlumat paylaşıb.

***

Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda un məmulatları mağazasında baş vermiş partlayış nəticəsində üç nəfər ölüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə yerli vaxtla 15:00 (Bakı vaxtı ilə 16:00) radələrində olub.

Olayda ölən üç nəfərlə yanaşı xeyli insanın yaralandığı bildirilir. Yerli KİV yaralı sayının azı 16 nəfər olduğunu bildirsə də, məlumat hələlik təsdiqini tapmayıb.

Partlayış səbəb qaz sızması olduğu güman edilir.

Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadaları cəlb olunub.