981f6bfd 16d2 3f6d af53 d218fc32d7a0 850

Pakistan səfiri Bilal Hayeenin Azərbaycandakı diplomatik missiyası başa çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, Bilal Hayee bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla vidalaşıb:

“Səfir hörmətli nazirə işlədiyi müddətdə Azərbaycandakı diplomatik missiyasına göstərdiyi dəstəyinə və əməkdaşlığa görə təşəkkür edib. Yaşasın Pakistan-Azərbaycan dostluğu”.

1c25fd84 b36e 3998 91e9 df1adad3bd52 1

Paylaş: