565d1e6a6c60107af378efdfabc2e7f9

Xətai rayonunda “2 İyul – Azərbaycan Polisi Günü” qeyd olunub.

Globalinfo.az xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Rayon polis idarəsinin rəisi  Vaqif Müslümov, Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon idarəsinin rəisi Hümbət Əliyev, rayon prokuroru Sərdar İmanov, Xətai rayon Məhkəməsinin sədri Rəşid Rzayev,  YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və digər vəzifəli şəxslər iştirak ediblər.

İlk olaraq ulu öndərin adını daşıyan parkda abidəsi ziyarət olunub.

Tədbirdə çıxış edənlər dövlətimizin formalaşmasında, milli maraqlarımızın qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri haqqında danışıblar.

Qeyd olunub ki, Azərbaycan polisinin yarandığı gündən ictimai asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəlib.

Vurğulanıb ki, peşəkarlığın artırılması, maddi-texniki bazanın beynəlxalq standartlar səviyyəsində qurulması və polis işçilərinin sosial şəraitinin yaxşılaşdırılmasının dövlət qayğısının bariz nümunəsidir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmənin vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Tədbirin sonunda xidmətdə fərqlənən polis əməkdaşlarına fəxri fərmanlar və  xatirə hədiyyələri təqdim olunub.

4cf5085b9236383b3d8421aa37b19ffe 767d2f8c4101f6957f3a15c380042a73 8f0055a43b54158fead37f9b7ae0b740 6d7775020177e5695b24bd7883ad97b3 92a83b6ebe5bbefe037e088dc5f6cba4

Paylaş: