İyulda sərhəddə müəyyən hadisələr olacaq – Qeqamyan

“Demarkasiya prosesi mərhələlərə bölünüb və biz indi onlardan birincisinin şahidi oluruq. İyulda da müəyyən hadisələr olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu erməni türkoloq Varujan Qeqamyan deyib.

O iddia edib ki, yaxın vaxtlarda bəzi mövqelərin Azərbaycana təhvil verilməsi gözlənilir.

“Fikrimcə, iyulda Tavuşda, payıza qədər isə Geqarkunik (Göyçə mahalı – red.) və Vayots Dzora (Dərələyəz – red.) ərazi güzəştləri olacaq”, – Qeqamyan bildirib.

Qeyd edək ki, sovet dövründə bir sıra ərazilərimiz otlaq sahələri adı altında Ermənistana verilib. Demarkasiya prosesində bu ərazilərin də qaytarılmasının nəzərə alınacağı gözlənilir.

Əliyar Xəlil
Globalinfo.az