Ulf Kristinsen

İsveçin Baş naziri Ulf Kristersson 2022-ci ildə Stokholm Arlanda Beynəlxalq Hava Limanında ölkəsinin NATO-ya qəbulu ilə bağlı sənədlərin olduğu qovluğu unudub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Dagens Nyheter” (DN) nəşri məlumat yayıb.

“Ulf Kristerssonun Türkiyəyə səfərindən sonra baş nazirin gizli sənədləri olan qovluğunun surəti Arlanda hava limanında qalıb. Onu hava limanının tualetində təmizlikçi xanım tapıb. Burada İsveçin Şimali Atlantika Alyansına qoşulması haqdaTürkiyə ilə danışıqlarına dair məlumatlar var idi. Eyni zamanda, İsveç hakimiyyəti materialların məxfi olmadığını iddia edir”, – deyə bildirilib.

Qeyd edək ki, İsveç 2024-cü il martın 7-də NATO-ya üzv olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: