Livan Prezidenti Cozef Aunun İsraillə apardığı danışıqlar onun təhlükəsizliyi üçün risk yarada bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “MTV Livan” telekanalı İsrail hərbi kəşfiyyatına istinadən məlumat yayıb.
“Livan Prezidentinin administrasiyası isə bu cür xəbərdarlıqları ciddi qəbul etdiklərini bildirsə də, bunun ölkənin mövqeyinə təsir etməyəcəyini vurğulayıb”, – deyə bildirilib.
Qeyd olunur ki, Aun mümkün təhdidlərə və xarici təzyiqlərə baxmayaraq seçdiyi siyasi kursdan geri çəkilmək niyyətində deyil.
Safura Bənnayeva
Globalinfo.az