İsrailin paytaxtı Təl-Əviv şəhərində yük maşınının avtobus dayanacağına çırpılması nəticəsində 35 nəfər xəsarət alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Taym of İsrael” qəzeti məlumat yayıb.
Hadisəni törədən sürücü silahlı mülki şəxslər tərəfindən zərərsizləşdirilib.
***14:07
İsrailin Gliloted ərazisində yük maşını avtobus dayanacağına çırpılıb və insanları əzib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat verib.
Məlumata görə, qəza nəticəsində 6 nəfər ölüb, 50 yaralı var. Onların 10-nun vəziyyəti ağırdır.
Hadisənin terror aktı olması istisna edilmir.