BAKI 1

Suriyalı və israilli rəsmilərin bu gün Bakıda görüşəcəkləri gözlənilir.

Globalinfo.az bildirir ki, bu barədə “Al-Arabiya” Dəməşqdə adının açıqlanmasını istəməyən diplomatik mənbəyə istinadla xəbər verib.

“Əhməd əş-Şaraanın Bakıya səfəri çərçivəsində suriyalı və israilli rəsmilər arasında görüş nəzərdə tutulur”, – deyə mənbə bildirib.

Qeyd edilib ki, Prezident Əhməd əş-Şəraa görüşdə şəxsən iştirak etməyəcək.

***17:30

İsrailSuriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, iki ölkənin nümayəndə heyətləri Bakıda birbaşa danışıqlar aparacaq. Nümayəndə heyətlərinin tərkibinə iki ölkənin rəsmiləri daxil olacaq.

Danışıqların tarixi və gündəliyi açıqlanmayıb.

Paylaş: