İsrail HƏMAS-ın “ağlasığmaz təklif”ini qəbul edir?

 

İsrail və HƏMAS arasında yeni danışıqlar bazar günü Qətərdə baş tuta bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Danışıqlar İsrailin HƏMAS-ın atəşkəs, girov və əsirlərin mübadiləsi təklifini nəzərdən keçirdiyi bir vaxtda təsadüf edir. Üç fazalı saziş 350 fələstinli məhbusa qarşılıq 35 israilli girovun geri qaytarılmasını, həmçinin İsrail qoşunlarının Qəzzadan çıxarılmasını və blokadanın dayandırılmasını özündə ehtiva edir.

İsrailin Baş naziri Netanyahu bunu “ağılasığmaz təklif” adlandırsa da, danışıqlarda iştirak etmək üçün başda MOSSAD rəhbəri olmaqla digər yüksək səviyyəli İsrail rəsmilərini Qətərə göndərmək niyyətindədir.

Əliyar Xəlil
Globalinfo.az