874511 src

Qətər, MisirABŞ İsrailHƏMAS-a Qəzza zolağında münaqişənin həllinə yönələn saziş bağlamaq üçün təzyiq edir.

Globalinfo.az bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı Fələstin mənbələrinə istinadən məlumat yayıb.

“Vasitəçilər münaqişə tərəflərinə yaxın günlərdə Qəzza ilə bağlı sazişin bağlanması üçün təzyiq göstərirlər. Ancaq Fələstin tərəfi bu anklavlara humanitar yardımın müstəsna olaraq BMT təşkilatları vasitəsilə çatdırılmasında israrlıdır” – telekanal mənbələri vurğulayıblar.

Xatırladaq ki, iyulun 6-da Həmasİsrail Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə Dohada danışıqlar prosesini bərpa ediblər. İyulun 15-də Qətər baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari qeyd edib ki, vasitəçilər münaqişə tərəfləri ilə danışıqların növbəti mərhələyə keçməsinə imkan verəcək çərçivə sazişinin bağlanması üzərində işləyirlər. HƏMAS-a yaxın olan “Maan” agentliyi atəşkəs sazişinin yaxın həftələrdə imzalanacağını iddia edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: