İsrail və ABŞ-ın Türkiyə planında nələr var? – Cəlal Şəngördən şok

celal sengorden korkutan aciklama karadeniz sonunda patlayacak hicbir canli kalmayacak A1F6

“İsrail və ABŞ-ın Yaxın Şərq planında Türkiyənin Anadolu bölgəsi var”.

Globalinfo.az xəbər verir ki, bunu məşhur türk geoloq Cəlal Şəngör deyib.

O bildirib ki, hər iki ölkə Yaxın Şərqdə mövcudluğunu davam etdirmək üçün Anadolu bölgəsinin su ehtiyatlarına ehtiyac duyur:

“Deyirlər ki, ABŞ, İsrail bizdən nə istəyir? Məndə nə var?! Su var səndə! Məqsəd sudur! Su olmasa, onlar Yaxın Şərqdə qala bilməzlər. Qarşıdan iqlim dəyişikliyi, quraqlıq gəlir. ABŞ və İsrail Yaxın Şərqdə həyatın var olması üçün Anadoluya nəzarəti ələ keçirməyi zəruri hesab edirlər.

Tez-tez xəritələr gündəmə gəlir: zazalar burda yaşıyır, kürdlər orda yaşıyır. Mühüm olan bu deyil, suyun yerləşdiyi ərazilərdir. Şərqi Anadoluda qurmaq istədikləri “Kürdüstan”ın sərhədlərini o su ehtiyatlarının olduğu ərazilərə görə cızırlar. Türkiyənin əsas su ehtiyatı Şərqi Anadoludadır. Oranı Türkiyənin əlindən alsan, onu bir çox şeydən məhrum etmiş olursan.

Atatürk bunları bilirdi. Ona görə deyirdi ki, “yurdda sülh, cahanda sülh”. Yəni ətraf ölkələr qarışmayın”.

Əliyar Xəlil
Globalinfo.az