rss efeac3485ef9a12e129e02115cf944cb56f4e74095bw

“İsrail ordusu qeyri-müəyyən müddətə Hermon dağının Suriya hissəsində qalacaq”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.

“İsrail Müdafiə Qüvvələri Qolan təpələrinin və ölkənin şimalındakı icmaların təhlükəsizliyini təmin etmək üçün Hermon dağının zirvəsində qeyri-müəyyən müddətə qalacaq. Bu, Bəşər Əsədin devrilməsindən sonra İsrailin nəzarətinə keçən sərhədin Suriya tərəfindəki bufer zonasıdır. Biz düşmən qüvvələrin Suriyanın cənubundakı təhlükəsizlik zonasında yerləşməsinə imkan verməyəcəyik və istənilən təhlükəyə qarşı hərəkətə keçəcəyik”, – deyə Katz vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: