isr

İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində 18 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Suriyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, İsrail hava qüvvələrinin Dəməşqin mərkəzini hədəf alması nəticəsində 1 nəfər ölüb.

İsrail ordusunun hazırda Suriyanın Daara bölgəsinə hava zərbələri endirdiyi bildirilir.

***16:42

İsrail ordusu yenidən Dəməşqə zərbələr endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Channel 12” kanalı məlumat yayıb.

Qeyd edilib ki, İsrail Dəməşqdə Prezident Sarayını, Müdafiə Nazirliyinin binasını və Suriya Baş Qərargahının binasını hədəfə alıb.

“Reuters” ölən və yaralananların olduğunu bildirir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Globalinfo.az (@globalinfo_az)

***14:06

İsrail ordusu Suriyanın paytaxtı Dəməşqə hava zərbələri endirir.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, qısa müddət əvvəl Dəməşqdə Suriya hərbi qərargahının giriş qapısı pilotsuz uçuş aparatı ilə vurulub.

İsrail ordusu siyasi rəhbərliyin göstərişinə əsasən, Suriyanın cənubunda mülki druzlara qarşı fəaliyyətləri izləməyə davam edir. Biz hücum edirik və bir neçə senari üçün hazırıq”- İsrail ordusu yaydığı bəyanatda qeyd edib.

“Reuters” isə bildirib ki, İsrail ordusu Suriyanın Müdafiə Nazirliyinin binasına hava zərbələri endirib.

pua 1

Paylaş: