livan cenub

İsrail və radikal “Hizbullah” hərəkatı arasında bir gün əvvəl əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq, İsrailin Livanın cənubundakı Ərəbsəlim şəhərinə endirdiyi aviazərbə nəticəsində azı 5 nəfər ölüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Livanın NNA dövlət agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, İsrail təyyarələri və pilotsuz uçuş aparatları Nəbatiyyə rayonuna bir sıra zərbələr endirib, nəticədə yaşayış evləri, binalar dağılıb.

Bundan əlavə, qeyd olunub ki, İsrail gecə saatlarında Nəbatiyyə şəhərini və onun ətrafını atəşə tutub.

İsrail ordusu zərbələr barədə məlumatlara hələ ki münasibət bildirməyib.

Bildirilib ki, hücumlar İsrail və “Hizbullah”ın, ehtimal ki, atəşkəs rejimini razılaşdırmasından bir neçə saat sonra baş verib.

Paylaş: