Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə Araz çayında su ehtiyatlarını idarə etmək hüququ 99 il müddətinə Türkiyəyə verilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ervensel.net” məlumat yayıb.
Nəşr yazır ki, iki ölkə arasında münasibətlərin normallaşması prosesinin tərkib hissəsi hesab edilən razılaşmada, Türkiyənin çayda bir sıra su elektrik stansiyaları və bəndlər tikməsinə icazə verilməsi nəzərdə tutulur.
Məlumata görə, İrəvanın regionda sabitliyin təmin edilməsi üçün vacib gördüyü razılaşma beynəlxalq siyasi arenada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diplomatik qələbəsi kimi dəyərləndirilir.
Həmçinin Ermənistanın Ankaraya jesti olaraq Ağrı dağının simvolunun bütün məntəqələrdən çıxarıldığı bildirilir.
Əliyar Xəlil
Globalinfo.az